Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar” - Parlamentdə gərginlik...

“Nə qədər adamın ünvanlı sosial yardımı kəsilib. Bu sıraya əlillər də daxildir. Onların pulu niyə kəsilməlidir ki? Dövlət bu istiqamətə pul ayırıbsa, həmin insanlara vermək lazımdır”...

PİA.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin iclasında səsləndirib.

Deputat bildirib ki, ötən gün yutubda bu məsələylə bağlı video izləyib: “İkinci qrup əlilin müavinətini neçə ildən sonra kəsiblər. Həmin şəxs dövlət başçısına, birinci vitse-prezidentə müraciət edir. Bu məsələdə qənaət etmək lazım deyil.

Qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar. Qənaəti orada etmək lazım idi. Öz qardaşının, öz şirkətinin vasitəsilə bunu etdi. Bu məsələlərə diqqət yetirmək, qənaət etmək lazım idi.

Kasıb insanların pulunu kəsiblər. Harın həyat sürən insanların kasıblardan xəbəri ola bilməz. Vəsaitə belə qənəat etmək olmaz. Bu insanları hökumətə qarşı qoymaq olmaz. Bu sahəyə hansı insanların hökumətdən narazı ola biləcəyini dərk edən adam rəhbərlik etməlidir. Büdcədən ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənməlidir”.

Maliyyə naziri Samir Şərifov da Qüdrət Həsənquliyevi tənqid edib. “Report”un məlumatına görə, nazir parlamentin bu gün keçirilən plenar iclasında deputatın səsləndirdiyi fikirlərlə razı olmadığını deyib:

“O, ya yaxşı tanış olmayıb bu məsələlərlə, ya da başqa məqsədlər güdür. Tövsiyə edirəm ki, Qüdrət müəllim sui-istifadə sözündən az istifadə etsin və ehtiyatla yanaşsın”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Ən çox oxunanalar